» » Putin, Əsəd və Maduro separatçıların yubileyinə dəvət olundu

Putin, Əsəd və Maduro separatçıların yubileyinə dəvət olundu

Bölmə: Dünya
Putin, Əsəd və Maduro separatçıların yubileyinə dəvət olundu
Qondarma “Cənubi Osetiya Respublikası”nın rəhbəri Anatoliy Bibilov “müstəqilliyin” 10-cu ildönümünün qeyd olunması ilə bağlı bir sıra dövlət başçılarını bölgəyə dəvət edib.


Xalqinfo.az xəbər verir ki, bu haqda “İzvestiya” məlumat yayıb.

Dəvət alanlar arasında Rusiya prezidenti Vladimir Putin, Venesuela prezidenti Nikolas Maduro, Nikaraqua prezidenti Daniel Orteqa və Suriya prezidenti Bəşər Əsəd yer alır.

Tədbirə eyni zamanda digər separatçı rejimlərin, o cümlədən “Abxaziya Respublikası”, “Donetsk Xalq Respublikası”, “Luqansk Xalq Respublikası” , “Dnestryanı Moldova Respublikası”nın rəhbərliyi, həmçinin Qarabağın işğalçı rejiminin lideri dəvət alıb.

Xatırladaq ki, Rusiya 2008-ci ildə Abxaziya və və Cənubi Osetiyanın “müstəqilliyini” rəsmi olaraq tanıyıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler