» » Məşhur amerikalı reper öldürülüb

Məşhur amerikalı reper öldürülüb

Bölmə: Dünya
Məşhur amerikalı reper öldürülüb
Ötən gün ABŞ-ın Florida ştatında 20 yaşlı reper “XXXTentacion” vəfat edib. Ölümcül güllə yarası almış reper xəstəxanada komaya düşdükdən bir müddət sonra keçinib.

Xalqinfo.az xəbər verir ki, Florida ştatının Broudard polis idarəsi əsl adı Casey Dueyn Onfroy olan reperin qətlinin təfərrüatını açıqlayıb.

Hüquq mühafizə orqanlarının məlumatına görə, reperə küçədə iki silahlı şəxs hücum edib, onlardan biri tapançadan atəş açıb.

Reperi ağır yaraladıqdan sonra cinayətkarlar onun bahalı “Louis Vuitton” brendindən olan çantasını oğurlayıb və tünd-boz yolsuzluq avtomobilinə minərək aradan çıxıb. Müstəntiqlər cinayətin qarət məqsədilə törədildiyini ehtimal edir.

İstintaq davam edir. Hüquq mühafizə orqanları hadisənin şahidlərini tapmağa çalışır.

Qeyd edək ki, “XXXTentacion”ın debüt albomu 2017-ci ilin avqust ayında işıq üzü görüb və “Billboard 200” çartında ikinci yeri tutub.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler