» » Avropa İttifaqı Krımla bağlı sanksiyaların müddətini uzadıb

Avropa İttifaqı Krımla bağlı sanksiyaların müddətini uzadıb

Bölmə: Dünya
Avropa İttifaqı Krımla bağlı sanksiyaların müddətini uzadıbAvropa İttifaqı Şurası Krım və Sevastopolla bağlı sanksiyaları bir il müddətinə uzadıb.

Xalqinfo.az xəbər verir ki, bu haqda TASS məlumat yayıb.

Qərar Lüksemburqda Avropa İttifaqı ölkələrindən olan 28 kənd təsərrüfatı nazirinin toplantısında, qeyd olunan bölgələrin Rusiya tərəfindən ilhaqının tanınmaması ilə əlaqədar blokun strategiyası çərçivəsində qəbul olunub.

Qeyd edək ki, Krıma qarşı sanksiyalara, yarımadada istehsal olunan istənilən məhsulun Avropaya idxalının qadağan edilməsi, Krım ərazisinə avropalı biznesmenlərin yatırımlar etməsinin qadağan edilməsi daxildir.

Həmçinin Avropa gəmilərinin Krım limanlarına, təyyarələrin isə Krım aeroportlarına daxil olmasına icazə verilmir (fövqəladə və qəzalı enişlər istisna olmaqla).

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler