» » Krım işıqsız qaldı -

Krım işıqsız qaldı - Yenilənib

Bölmə: Dünya
Krım işıqsız qaldı -
Krım bölgəsinin işıq təchizatı bərpa olunub.

Xalqinfo.az xəbər verir ki, bu haqda Rusiyanın Energetika nazirliyinin rəsmi saytında məlumat yayılıb.

Nazirliyin məlumatına görə, yarımadada işığın tam kəsilməsi yerli vaxtla 15:04-də qeydə alınıb. Bu Krasnodar diyarına da təsirsiz ötüşməyib.

Krasnodarda 100 min, Krımda isə iki milyona yaxın sakinin işıqsız qaldığı bildirilir. Yerli vaxtla 17:22-də hər iki bölgədə elektrik təchizatı bərpa olunub.

Krım başçısı Serqey Aksenovun sözlərinə görə, işıqların kütləvi şəkildə kəsilməsinə “Taman” yarımstansiyasında gərginliklə bağlı yaranan problemlər səbəb olub.

***

Krımın bütün ərazisi işıqsız və mobil rabitəsiz qalıb.

Oxu.Az bununla bağlı “Krıminform” nəşri məlumat yayıb.

Məlumatlara görə, yerli vaxtla 15:25-də yarımadaya verilən enerji təchizatı dayandırılıb. Bu məlumatı Krımın telekommunikasiya sahəsində çalışan iki mənbə təsdiqləyib.

“Bütün Krım və Sevastopol enerjisiz qalıb. Təfərrüatlarını araşdırırıq”, - mənbə bildirib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler