» » Putinin köməkçiləri müəyyənləşdi

Putinin köməkçiləri müəyyənləşdi

Bölmə: Dünya
Putinin köməkçiləri müəyyənləşdiRusiya prezidenti Vladimir Putinin köməkçilərinin təyin edilməsi barədə sərəncam imzalanıb.

Xalqinfo.az “gazeta.ru”ya istinadən xəbər verir ki, Dövlət Hüquq İdarəsinin rəhbəri Larisa Brıçeva və Andrey Belousov Putinin köməkçiləri təyin ediliblər.

Andrey Fursenko, İqor Levitin və Yuri Uşakov da köməkçi postlarında qalıblar.

Gömrük İdarəsinin sabiq rəhbəri Anatoli Serışev də prezidentin köməkçisi təyin edilib. Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktor müavini Dmitri Şalkov Rusiya prezidentinin Nəzarət Şöbəsinin müdiri vəzifəsinə gətirilib.

Digər sərəncamla Dmitri Peskov yenidən Rusiya Prezident Admisnitrasiyası rəhbərinin müavini və prezidentin mətbuat katibi vəzifəsini davam etdirəcək.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler