» » Ana qızını döyüb öldürdü

Ana qızını döyüb öldürdü

Bölmə: Dünya
Ana qızını döyüb öldürdüÖtən ilin qışında baş verən cinayətin üstü açılıb
Almaniyada bir ana 3 yaşlı qızını döyərək öldürüb.

Anspress-in məlumatına görə, Almaniyanın Hamburq şəhərində yaşayan türk ailələrdən birində dəhşətli cinayət hadisəsinin təfərrüatları üzə çıxıb.

27 yaşlı Mələk Yetiş ötən il dekabrın 18-də təcili yardıma zəng edərək övladının yıxıldığını söyləmişdi. Lakin tibb işçiləri uşağa baxdıqda onun öldüyünü müəyyən etmişdilər.

Alman polisi tərəfindən aparılan araşdırmalardan sonra bədənində döyülmə izləri olan uşağın elə anası tərəfindən öldürüldüyü məlum olub.

Dərhal qadın həbs edilib və daha sonra isə haqqında ömürlük məhkəmə qərarı çıxarılıb. Qadının həyat yoldaşı Hüseyin Yetişə isə qızını qoruya bilmədiyi səbəbilə 4 il yarım həbs cəzası verilib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler