» » İtkin düşmüş pilot 35 ildən sonra tapıldı

İtkin düşmüş pilot 35 ildən sonra tapıldı

Bölmə: Dünya
İtkin düşmüş pilot 35 ildən sonra tapıldı
1983-cü ildə ABŞ hərbi hava qüvvələrindən fərari düşmüş kapitan Uilyam Hoard Haqiz Kaliforniyada üzə çıxıb.

Xalqinfo.az xəbər verir ki, bu haqda BBC məlumat yayıb.

Məxfi sənədlərə əlçatarlığı olmuş kapitanı sonuncu dəfə Nyu Mexikoda bank hesabından (19 müxtəlif bankomatdan) 28, 500 dollar pul çıxaran zaman görüblər.

Saxta pasportdan istifadə edən Uilyam özünü Barri Obeyrn kimi təqdim edib və sənəd yoxlanılışı zamanı hüquq mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb.

Şöbədə dindirilməsindən sonra o, əsl adının Uilyam Haqiz olduğunu etiraf edib.

O hərbidə xidmət göstərməkdən cana gəldiyini və ona görə hava bazasını tərk edərək özünə saxta kimlik düzəltdirdiyini bildirib. Hazırda onun Kaliforniyanın Trevis Hava qüvvələri bazasında saxlanıldığı xəbər verilir. Pilotun gələcək aqibəti ilə bağlı məlumat verilmir.

Dövlət sirri sayılan sənədlərə əlçatarlığı olduğu üçün yoxa çıxmasından sonra fərari olaraq axtarışa verilib. ABŞ hava qüvvələrinin siyasında ən çox axtarılan yeddi şəxsin siyahısında yer alıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler