» » Dünyada nə qədər uşaq işçi var? -

Dünyada nə qədər uşaq işçi var? - Acı reallığın statistikası

Bölmə: Dünya
Dünyada nə qədər uşaq işçi var? -
Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) 12 iyun Dünya Uşaq Əməyinin İstismarına Qarşı Mübarizə günü münasibətilə azyaşlıların məcburi əməyə cəlb olunması və iş şəraiti ilə bağlı statistikanı açıqlayıb.

Xalqinfo.az “Dünya bülleteni”nə istinadən xəbər verir ki, hesabata görə, ən az inkişaf etmiş ölkələrdə hər 4 uşaqdan 1-i ağır işlərdə çalışmaq məcburiyyətində qalırlar.

Hazırda 5-17 yaş aralığında olan 152 milyon uşaq fiziki əməklə məşğuldur. Onlardan 64 milyon nəfəri qız, 88 milyon nəfəri isə oğlan uşaqlarıdır.

Azyaşlı işçilərin 70,9 %-i kənd təsərrüfatında, 17,2 %-i xidmət sektorunda, 11,9 %-i isə sənayedə işləyir.

Beynəlxalq Əmək Təşkilatının hesabatına görə, ən çox uşaq əməyi Afrikadadır. Burada 72,1 milyon uşaq işləyir.

Afrikadan sonra ən çox uşaq işçiləri olan bölgə (62 milyon uşaq işçi) Asiya və Sakit okean bölgəsidir. Şimali və Cənubi Amerikada 11 milyon uşaq, Avropada və Orta Asiyada 6 milyon uşaq işləməkdədir.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler