» » Saytlara yeni qlobal hücum başladı

Saytlara yeni qlobal hücum başladı

Bölmə: Dünya
Saytlara yeni qlobal hücum başladı“Defiant” şirkətinin kompüter təhlükəsizliyi üzrə mütəxəssisləri “WordPress” platformalı saytlara hücum edən “BabaYaga” adlı yeni virus aşkarlayıblar.

Xalqinfo.az ICTnews-a istinadən xəbər verir ki, proqram təminatı “WordPress” platforması bazasında saytlara müdaxilə üçün nəzərdə tutulub.

Virusa yoluxmuş səhifələr istifadəçiləri müxtəlif ticarət platformalarına yönəldir və orada alış-veriş edilən zaman haker mağazanın mədaxilindən öz payını götürür.

Məlumata görə, virus iki moduldan ibarətdir: birincisi, boşluğa malik saytlara spam istinadlarını tətbiq edir, ikincisi isə cinayətkarlara zərərli proqrama yoluxmuş səhifələrə nəzarət etməyə imkan verir.

Maraqlıdır ki, “BabaYaga” yoluxdurulan sayta qoşulmağa çalışan digər zərərli proqramları məhv edir. Bundan başqa, virus öz qurbanlarının saytlarını müstəqil yeniləyə bilir.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler