» » 14 yaşlı qıza təcavüz edib öldürdü -

14 yaşlı qıza təcavüz edib öldürdü - Nazir məlumat yaydı

Bölmə: Dünya
14 yaşlı qıza təcavüz edib öldürdü - 14 yaşlı qızın qatili İraqda tutularaq Almaniyaya gətirilib.

Xalqinfo.az xəbər verir ki, bu barədə Almaniyanın daxili işlər naziri Horst Zeehofer məlumat verib. Onun sözlərinə görə, Susanna Maria Feldmanın qatili 20 yaşlı Ali Başar İraq polisi tərəfindən keçirilən əməliyyat nəticəsində həbs edilib. O, Ərbildən Frankfurta gətirilib.

Bildirilir ki, Almaniyada mayın 22-dən etibarən axtarışda olan 14 yaşlı qızın cəsədi meşədə tapılıb. Ekspertiza zamanı bəlli olub ki, Susanna təcavüz edilərək öldürülüb. Susannanın qatil və qatillərinin axtarşı üçün ölkəboyu keçirilən əməliyyat qısa zamanda nəticə verib.

Visbaden şəhər polisindən verilən açıqlamaya görə, 14 yaşlı qızın qatili 20 yaşlı İraqdan olan qaçqın Ali Başardır.

O, Almaniyada qaçqınlar üçün nəzərdə tutulan yataqxanada yaşayıb. Polisin məlumatında bildirilir ki, 14 yaşlı qızı öldürənlər iki nəfər olub. Onlardan biri tutulub, digəri – Ali Başar isə, saxta pasportla 7 nəfərlik ailəsi ilə Düsseldorfdan İstanbula ordan da Ərbil şəhərinə qaçıb.

Polis hadisə ilə əlaqəsi olan bir Türkiyə vətəndaşını da həbs edib.


14 yaşlı qıza təcavüz edib öldürdü -
14 yaşlı qıza təcavüz edib öldürdü -
14 yaşlı qıza təcavüz edib öldürdü -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler