» » Müdir müavini həbs edildi -

Müdir müavini həbs edildi - Xüsusi əməliyyat

Bölmə: Dünya
Müdir müavini həbs edildi - FETÖ-nün axtarışda olan "qızıl uşaqlarından” biri də Ankara polisinin keçirdiyi əməliyyat nəticəsində həbs edilib.

Xalqinfo.az "Haber Türk”ə istinadən xəbər verir ki, uzun müddətdir fərari olaraq axtarışda olan təşkilatın kəşfiyyatdan məsul şəxsi, Eskişehir Əmniyyət müdiri müavini Mustafa Aygün Ankarada həbs edilib.

Aygün Eskişehirdə iş adamı, jurnalist, dövlət adamları, polis, siyasətçi, vəkil də daxil 100-dən çox adamın gizli dinlənməsi ilə bağlı ittiham olunan şəxslər sırasında olub.

Ankara və Eskişehir Əmniyyət Müdirliyinin Terrorla mübarizə və Kəşfiyyat şöbəsinin birgə keçirdiyi əməliyyat nəticəsində ələ keçirilib.

Eskişehir ikinci Ağır Cinayətlər məhkəməsində mühakimə olunan Mustafa Aygün polis tərəfindən nəzarətdə saxlanılır.

Onun bir çox qanunsuz dinləmə və görüntüləmə işlərində mühüm rol oynadığı məlum olub. Aygün gizlənmək və özünü ələ verməmək üçün 4 ilə yaxın müddətdə xarici görünüşünü gizlətməklə məşğul olub.

Kəşfiyyatçı digərləri ilə əlaqə yaratmaq üçün "ByLock” proqramından istifadə edib.

Tutulan zaman onun üzərində başqa ada aid şəxsiyyət vəsiqəsi aşkarlanıb.(modern.az)

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler