» » Bu ölkədə nüvə poliqonu söküləcək - Sabah

Bu ölkədə nüvə poliqonu söküləcək - Sabah

Bölmə: Dünya, BLOK XƏBƏR, MANŞET
Bu ölkədə nüvə poliqonu söküləcək - SabahHava şəraiti əlverişli olsa, Şimali Koreyanın "Punqeri” nüvə poliqonu mayın 24-də söküləcək.

Xalqinfo.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə KXDR hökumətindən bildiriblər.

Poliqonun bağlanma mərasimini işıqlandırmaq üçün Şimali Koreyaya gələn xarici jurnalistlər qatarla Vonsan şəhərindən çıxaraq poliqona tərəf yollanıb.

Qeyd edək ki, Şimali Koreya lideri Kim Çen In aprelin 21-də nüvə silahı və qitələrarası ballistik raket sınaqlarının dayandığını elan edib. Bir müddət əvvəl isə Pxenyan may ayının sonlarında "Punqeri” nüvə poliqonunun işinə xitam verəcəyini, nüvə silahının yeraltı sınaqları üçün istifadə olunan tunellərin jurnalistlərin gözü qarşısında partladılacağını bildirmişdi.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler