» » 4 ildir itkin düşən təyyarənin axtarışları dayandırılır

4 ildir itkin düşən təyyarənin axtarışları dayandırılır

Bölmə: Dünya
4 ildir itkin düşən təyyarənin axtarışları dayandırılır2014-cü ildə göyərtəsindəki 239 sərnişinlə yoxsa çıxan Malayziyaya məxsus təyyarənin axtarışları 29 mayda dayandırılacaq.

Xalqinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Malayziya Nəqliyyat naziri Antoni Loke məlumat verib.

ABŞ-ın “Ocean Infinity” şirkəti Malayziya hökuməti ilə razılaşma əsasında bu ilin 24 yanvarında axtarışlara yenidən başlamışdı. Təyyarənin qalıqları tapılacağı təqdirdə şirkətə 70 milyon dollar ödəniləcəkdi. Lakin, 60 işçinin 8 sualtı gəmisi vasitəsilə apardığı araşdırmalar heç bir nəticə verməyib.

Qeyd edək ki, Kuala Lumpur - Pekin reysi ilə uçan MH370 nömrəli təyyarə 8 mart 2014-cü ildə Hind okeanı üzərində yoxa çıxıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler