» » Korrupsioner məmurun evindən çıxan pulları saymaqla bitmir -

Korrupsioner məmurun evindən çıxan pulları saymaqla bitmir - Foto

Bölmə: Dünya
Korrupsioner məmurun evindən çıxan pulları saymaqla bitmir - Malayziyanın hüquq-mühafizə orqanları keçmiş baş nazir, dövlət investisiya fondunun yüz milyonlarla dollar pulunu talamaqda ittiham edilən Nacib Razakın evindən ötən həftə aşkar edilən kisələrlə dolu nəğd pulun sayılmasını hələ də başa çatdıra bilməyib.

Xalqinfo.az virtualaz.org-a istinadən xəbər verir ki, indiyə qədər 10 milyon rinqqit (2.5 milyon dollardan çox) sayılıb, amma keçmiş baş nazirin evində aşkar edilən nəğd pulun tam məbləği hələ məlum deyil.

Çünki müstəntiqlər bir neçə pulsayan maşınla pulların sayılmasını və aktlaşdırılmasını davam etdirirlər.

Korrupsioner məmurun evindən çıxan pulları saymaqla bitmir -

Malayziya polisinin iqtisadi cinayətkarlığa dair təhqiqat İdarəsindəki mənbələrin bildirdiyinə görə pulların sayılması və uçota alınması üçün Mərkəzi bank da daxil olmaqla bir neçə strukturun nümayəndələrindən ibarət xüsusi qrup yaradılıb.

Proses həm də ona görə uzun vaxt tələb edir ki, pullar müxtəlif valyutalarda saxlanılıb. Ona görə də hər kupyuru qeydə almaq lazım gəlir.

Korrupsioner məmurun evindən çıxan pulları saymaqla bitmir -

Xəbər verildiyi kimi ötən həftənin cümə günü Malayziya polisi keçmiş baş nazirin paytaxt Kuala-Lumpurun elit yaşayış rayonunda yerləşən üç apartamentində axtarışlar aparıb.

Nəticədə 280 iri qutu dolusu nəğd pul, qızıl-zinət əşyaları, elit qol saatları, digər sərvət tapılıb. Bu sərvəti daşımaq üçün 5 yük maşını lazım gəlib.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler