» » Narkotiklərə Qarşı Mübarizə İdarəsinin keçmiş rəisinin oğlu həbs olundu -

Narkotiklərə Qarşı Mübarizə İdarəsinin keçmiş rəisinin oğlu həbs olundu - Foto

Bölmə: Dünya
Narkotiklərə Qarşı Mübarizə İdarəsinin keçmiş rəisinin oğlu həbs olundu - İzmirdə polis əməkdaşları Narkotik qaçaqmalçılarına qarşı əməliyyat keçirib.

Xalqinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, polis narkotik vasitələrin istifadəsi və satışı ilə məşğul olmaqda şübhəli bilinən İsmayıl G.-nın yaşadığı ünvana basqın edib. Əməliyyt zamanı evdə şübhəlinin sevgilisi də olduğu məlum olub. Basqın zamanı şübhəli və sevgilisi qaçmaq istəyiblər.

Bu zaman onlar pitbull cinsinə aid olan itlərini polisin üzərinə buraxıblar. Polislərdən birinə hücum edən iti ondan ayırmaq üçün polis əməkdaşları uzun vaxtsərf ediblər. Ancaq it sakitləşdirə bilmədikləri üçün 8 güllə vuraraq öldürməyə məcbur olublar. İtin hücumu nəticəsində yaralanan polis xəstəxanaya aparılıb.


Həbs edilən İsmayıl G.-nin kimliyi isə hər kəsi təəccübbləndirib. O, İzmirin Narkotiklərə Qarşı Mübarizə İdarəsinin keçmiş rəisi Mustafa G.-nın oğludur.

Mustafa G. oğlu haqqında danışarkən, bunları deyib:

"Oğlum həbs ediləcəyini bildiyi üçün qaçmağa çalışdı. Səs-küydən qorxan it polislərə hücum etdi. Allaha şükür ki, polislərə çox ziyan dəymədi. Mən illərlə narkotiklərə qarşı mübarizə aparmışam. Oğlumun istifadə etdiyi narkotikləri evimdə tapdılar. Məni də narkotik maddələrdən istifadədə şübhəli bilib, ittiham etdilər, bəraət qazandım. Amma narkotiklərin kökünü kəsmək üçün son nəfəsimə kimi çalışacam”.

Narkotiklərə Qarşı Mübarizə İdarəsinin keçmiş rəisinin oğlu həbs olundu -
Narkotiklərə Qarşı Mübarizə İdarəsinin keçmiş rəisinin oğlu həbs olundu -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler