» » Poroşenko ukraynalı nümayəndələri geri çağırdı

Poroşenko ukraynalı nümayəndələri geri çağırdı

Bölmə: Dünya
Poroşenko ukraynalı nümayəndələri geri çağırdıUkrayna prezidenti Pyotr Poroşenko ukraynalı nümayəndələrin Müstəqil Dövlətlər Birliyindən ( MDB) səlahiyyətli orqanlarından geri çağırılması barədə əmr imzaladığını bəyan edib.

Xalqinfo.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

"Bu gün mən Ukrayna münayəndə heyətinin MDB-nin bütün səlahiyyətli orqanlarından geri çağrılması barədə müvafiq əmr imzalamışam. Avropa istiqamətində addımladığımızdan bizim bu orada təmsil olunmağımızın mənası yoxdur", - deyə P.Poroşenko vurğulayıb.

Qeyd edək ki, bir qədər əvvəl P.Poroşenko ölkəsinin MDB-nin əlaqələndirici qurumlarda iştirakını dayandıracağı ilə bağlı açıqlama verib. "Bu MDB-dən çıxmaq anlamına gəlmir, çünki, Ukrayna heç vaxt bu quruma daxil oilmayıb", - deyə P.Poroşenko vurğulayıb.

Xatırladaq ki, aprelin 12-də P.Poroşenko hökumətə Ukraynanın MDB-dən rəsmi şəkildə çıxması ilə bağlı sənəd hazırlamağı və bununla bağlı prosedura başlanılması barədə tapşırıq verib. Öz növbəsində aprelin 23-də MDB-nin İcraiyyə Komitəsinin sədri Sergey Lebedev bildirib ki, Ukrayna hələlik MDB-dən çıxacağı ilə bağlı rəsmi şəkildə xəbərdarlıq etməyib.

Qeyd edək ki, Ukrayna 1991-ci ilin dekabrında MDB-nin təsis edilməsi ilə bağlı müqaviləni ratifikasiya etsə də təşkilatın nizamnaməsini təsdiqləmədiyindən de-yure MDB üzvü sayılmırdı.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler