» » İslandiya “Eurovision”ı boykot edə bilər

İslandiya “Eurovision”ı boykot edə bilər

Bölmə: Dünya
İslandiya “Eurovision”ı boykot edə bilərİslandiyada 2019-cu ildə İsraildə keçiriləcək “Eurovision” mahnı müsabiqəsinin boykot edilməsi ilə bağlı petisiya tərtib olunub.

Oxu.Az “Ukrinform”a istinadən xəbər verir ki, sənədi artıq minlərlə insan imzalayıb.

“İslandiyada son iki gün ərzində 15 mindən çox insan İsraildə keçiriləcək “Eurovision-2019”un boykot edilməsiilə bağlı petisiya imzalayıb.”, - deyə məlumatda qeyd olunur.

Sənədə əsasən, İsrail dövləti fələstinlilərin hüquqlarını kobud şəkildə pozduğundan, İslandiyanın gələn il bu ölkədə keçiriləcək müsabiqədə iştirakı qeyri-məqbuldur.

Xatırladaq ki, bir neçə gün əvvəl keçirilən “Eurovision-2018”-in finalında israilli müğənni Netta Barzilay qalib gəlib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler