» » Məhbus canlı yayımda lüks şəraitini göstərdi –

Məhbus canlı yayımda lüks şəraitini göstərdi – Video

Bölmə: Dünya
Məhbus canlı yayımda lüks şəraitini göstərdi –
Britaniyanın həbsxanalarından birində cəza çəkən məhbus Yusuf Ademola “Instagram”da canlı yayım edərək sosial şəbəkə istifadəçilərini eksklüziv saxlanma şəraiti ilə tanış edib.

Oxu.Az “Daily Mail”ə istinadən xəbər verir ki, Yusuf 2017-ci ildə qanunsuz silah saxlama maddəsi ilə 12 il azadlıqdan məhrum edilib.

27 yaşlı məhbus qanunsuz yolla kameraya gətizdirdiyi mobil telefonla britaniyalı bloger Aliyə Mariya Bi ilə canlı rabitə yaradıb.

Strim 17 dəqiqə davam edib və canlı yayım gedə-gedə 700-dən çox istifadəçi tərəfindən izlənilib.

Məhbus blogeri öz bahalı saatı, qızıl bəzək əşyaları və hətta əyləncə məqsədi ilə kamerada saxladığı “PlayStation” video oyun konsulu ilə mat-məəttəl qoyub.

Bloger Ademolanın kamerasındakı şəraitin bir çox standart yataqxanalardakı şəraitdən daha yaxşı göründüyünü etiraf edib.



Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler