» » Ərdoğan Qəzzaya görə üç liderə zəng etdi

Ərdoğan Qəzzaya görə üç liderə zəng etdi

Bölmə: Dünya
Ərdoğan Qəzzaya görə üç liderə zəng etdiTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fələstindəki son hadisələrlə əlaqədar İran prezidenti Həsən Ruhani, Almaniya kansleri Angela Merkel və Rusiya prezidenti Vladimir Putinə zəng edib.

Xalqinfo.az TRT-yə istinadən xəbər verir ki, Ərdoğan - Ruhani telefon söhbəti zamanı ABŞ-ın Təl-Əvivdəki səfirliyinin köçürülməsi və İsrail əsgərlərinin Qəzzada fələstinliləri atəşə tutması nəticəsində regionda yaşanan gərginlik müzakirə olunub.

İki ölkə başçısı İslam Əməkdaşlıq Təşkilatının (İƏT) mayın 18-də İstanbulda keçirəcəyi fövqəladə iclasın müsəlmanların ortaq mövqe nümayiş etdirməsi baxımından böyük əhəmiyyət daşıyacağını vurğulayıblar.

Angela Merkel və Vladimir Putinlə də Qəzzada fələstinlilərin hədəfə alınması nəticəsində baş verən gərginlik haqqında fikir mübadiləsi aparılıb.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler