» » İki Koreya lideri barışığı “rəsmiləşdirəcək”

İki Koreya lideri barışığı “rəsmiləşdirəcək”

Bölmə: Dünya
İki Koreya lideri barışığı “rəsmiləşdirəcək”
Şimali Koreya lideri Kim Çen In və Koreya Respublikasının prezidenti Mun Çje İn aprelin 27-də demarkasiya xəttində görüşəcəklər.

Oxu.Az bununla bağlı Reuters agentliyinə istinadla xəbər verir.

Gözlənilir ki, liderlərin sammitinin sonunda iki ölkə arasında vacib sənədlər imzalanacaq.

Məlumatlara görə, Kim Çen Inı səfər zamanı bacısı, 2015-ci ildən Koreya İşçi Partiyası Mərkəzi Komitəsinin təbliğat və təşviqat şöbəsinin rəhbəri olan Kim Ye Çen müşayiət edəcək.

Qeyd edilib ki, Mun Çe İn və Kim Çen In iki ölkə arasında barışığın və münasibətlərin yaxşılaşdırılmasının rəmzi olan ağac əkəcəklər.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler