» » Fransa Suriyada hərbi iştirakını artıracaq

Fransa Suriyada hərbi iştirakını artıracaq

Bölmə: Dünya
Fransa Suriyada hərbi iştirakını artıracaq
Fransa İŞİD terror təşkilatı ilə mübarizəni başa çatdırmaq üçün Suriyada beynəlxalq koalisiyanın işinə öz töhfəsini artırmaq niyyətindədir.

Xalqinfo.az xəbər verir ki, bu sözləri Fransa prezidenti Emmanuel Makron Vaşinqtonda keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.

“Biz beynəlxalq koalisiyada öhdəliklərimizi artıracağıq”, - Makron bildirib.

“Əməliyyatı başa çatdırmaq üçün bütün vasitələrin olması vacibdir”, - deyə Fransa lideri əlavə edib.

Onun sözlərinə görə, Fransa öz öhdəliklərinə sadiqdir.

“Biz birgə mübarizə aparırıq və bunu sonadək edəcəyik. Regionda təhlükəsizliyin möhkəmləndirilməsi üçün fəaliyyətimizi davam etdirəcəyik”, - prezident bəyan edib.

Makron Suriya böhranın həlli məsələsində Rusiya ilə danışıqların vacibliyini qeyd edib.

“Bizim arzumuz Türkiyə və Rusiya ilə danışıqlara başlamaq üçün Cenevrə və Astana prosesləri arasında körpü yaratmaqdır”, - o, bildirib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler