» » Üz kremi oğurlayan İspaniyalı məmur istefa verdi -

Üz kremi oğurlayan İspaniyalı məmur istefa verdi - Video

Bölmə: Dünya
Üz kremi oğurlayan İspaniyalı məmur istefa verdi -
İspaniyanın Madrid bölgəsinin hökumət başçısı Kristina Sifuentes dükandan oğurluq etməsi ilə bağlı qalmaqalın böyüməsindən sonra istefa verməyə məcbur olub.

Xalqinfo.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

İnternetdə yayılmış 2011-ci ilin videosunda super-marketin mühafizəçisinin onun çantasına baxış keçirdiyini və oğurladığı 40 avro məbləğində olan üz cavanlaşdırıcı kremi (iki ədəd) üzə çıxardığını görmək olur.

Bir həftə əvvəl isə onun magistratura diplomunda olan imzaların saxta olduğu haqqında xəbər ölkəsində böyük rezonans doğurmuşdu.

Qeyd edək ki, istefa verdiyini elan edən Sifuentes İspaniyanın hakim “Xalq partiyasının” üzvüdür.



Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler