» » Fransada etirazçılar hər gün 2 milyard dollar ziyan vurur

Fransada etirazçılar hər gün 2 milyard dollar ziyan vurur

Bölmə: Dünya
Fransada etirazçılar hər gün 2 milyard dollar ziyan vururFransada hökumətin islahatlarına qarşı etirazlarını davam etdirən işçilər ölkə iqtisadiyyatına ciddi ziyan vurublar.

Xalqinfo.az “Dünya Bülteni”nə istinadən xəbər verir ki, dəmiryol, hava yolları, enerji, səhiyyə, bələdiyyə, sosial yardım işçiləri, tələbələr, pensiyaçılar və digər sahələrin nümayəndələrinin keçirdikləri kütləvi tətillər Fransaya günlük 2 milyard dollar ziyan vurur.

Yay tətilinin başlaması ərəfəsində davam edən etirazlar turizm, əyləncə və restoran sahəsindəki biznesmenləri narahat etməyə başlayıb. 3 apreldən etibarən başlayan kütləvi tətillərin iyunun sonuna qədər davam etdiriləcəyi bildirilir.

Qeyd edək ki, Fransa hökuməti 2020-ci ildən etibarən dəmiryollarının borclarını öz üzərinə götürəcək, “dəmiryol işçisi” statusuna son qoyacaq.

Bundan başqa, təxminən 15 milyona yaxın pensiyaçıya sosial müavinətlərin verilməsi dayandırılacaq.

5,6 milyon nəfərin çalışdığı ictimai sektordakı işçilərin sayı 2020-ci ilə qədər 120 min nəfər azaldılacaq, könüllü şəkildə pensiyaya çıxmağa təşviq ediləcəklər.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler