» » Hərbi düşərgədə atışma -

Hərbi düşərgədə atışma - 6 ölü

Bölmə: Dünya
Hərbi düşərgədə atışma -
Somalidə yerləşən Qordon hərbi düşərgədə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) tərəfindən təlim keçmiş yerli əsgərlər düşərgədəki hərbi ləvazimatları yağmalamaq istəyiblər.

Xalqinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, BƏƏ-nin öz təlimçilərini düşərgədən geri çəkərək oranı Somali rəsmilərinə təhvil verməsindən sonra baş verib.

Komandirlərin düşərgəni tərk etməsini fürsət bilən BƏƏ “nəzarətindəki” əsgərlər orada çaxnaşma yaradıblar. Somali ordusunun əlavə qüvvələri əraziyə cəlb edildikdən sonra atışma baş verib. Yarım saat davam edən atışma nəticəsində BƏƏ-nin təlim keçdiyi əsgərlərdən 6-sı öldürülüb, digərləri sağ ələ keçirilib.

Qeyd edək ki, bir müddət öncə BƏƏ Somaliyə gedən bir təyyarədə 9,6 milyon dollar pul ələ keçirmişdi. Bundan sonra iki ölkə diplomatik gərginlik yaranmış, BƏƏ Somalidə 2014-cü ildən bəri həyata keçirdiyi hərbi təlim layihəsini dayandırmışdı.

Hərbi düşərgədə atışma -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler