» » Sarkisyan Aprel döyüşlərindən danışdı

Sarkisyan Aprel döyüşlərindən danışdı

Bölmə: Dünya
Sarkisyan Aprel döyüşlərindən danışdıErmənistan parlamentində baş nazirin seçilməsi ilə bağlı iclas başlayıb.

Xalqinfo.az xəbər verir ki, 105 deputatdan 90 nəfər iclasda iştirak edir.

Qalan 15 deputat iclasa qatılmayıb.

Milli Məclisin spikeri Ara Babolyanın çıxış nitqi ilə başlayan iclasda Ermənistanın eks-prezidenti və hazırda baş nazir postuna yeganə namizəd Serj Sarkisyan millət vəkillərinin suallarına cavab verir.

O, çıxışında ötən il Azərbaycan və Ermənistan arasında baş tutan Aprel döyüşləri haqqında da danışıb.

Sarkisyan bildirib ki, Azərbaycanın münaqişəni güc yolu ilə həll etmək fikrindən daşınacağına ümid etmirlər:

“Aprel döyüşləri həm süpriz idi, həm də deyildi. Biz ümid etməməliyik ki, Azərbaycan hökuməti Qarabağ problemini güc yolu ilə həll etmək fikrindən daşınacaq. Bunun üçün də Ermənistan Silahlı Qüvvələrinin gücləndirilməsi üçün yeni silahların alınması və özümüzün silah istehsal etməyimiz məsələsinə xüsusi diqqət yetirmək lazımdır”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler