» » "Əlcəzairdə beş milyon insan qətlə yetirmisiniz" -

"Əlcəzairdə beş milyon insan qətlə yetirmisiniz" - Ərdoğan

Bölmə: Dünya
"Əlcəzairdə beş milyon insan qətlə yetirmisiniz" -
Siz Əlcəzairdə beş milyon insan qətlə yetirmisiniz. İndi gəlib bizə dərs keçirsiniz?

Xalqinfo.az-ın xəbərinə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən dünya müsəlman azlıqların toplantısında bildirib.

“Bu gün yüzdən çox ölkədən 250 müsəlman lider, təmsilçi, akademik və yazar qonağımızdır”, - deyən Ərdoğan Qərb ölkələrini ikili standartlarda və ayrıseçkilikdə ittiham edib:

“Qərb dünyası İslam üzərindən öz həyat tərzini başqalarına qəbul etdirməyə çalışır. Terrorçu qruplaşmalar da həmin layihələrdən biridir”.

O bildirib ki, Almaniya, Hollandiya, Belçika və Fransa irqçilərin məskənidir:

“Fransada baş örtüklü qadınlara hücum edilir. Fransa qaraçıları ölkədən qovur. Avropa İttifaqının qanunlarında bununla bağlı bir maddə varmı?

Ancaq biz qaraçılarla bir yerdə yaşayırıq. Mən onların içində yaşadım.

Bələdiyyə başçısı, millət vəkili, baş nazir və prezident oldum”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler