» » Dünyanın ən yaraşıqlı kişisinə qadağa

Dünyanın ən yaraşıqlı kişisinə qadağa

Bölmə: Dünya, Şou
Dünyanın ən yaraşıqlı kişisinə qadağaDünyanın ən gözəl qadınları siyahısında olan Hollivud ulduzu Ancelina Coli qısqanclıq böhranına düşüb.Xalqinfo.az anspress-ə istinadən bildirir ki, bu iddianı ABŞ-ın magazin jurnalları yayıb. İddiaya görə, Coli Corc Kluninin vəkil həyat yoldaşı Amala nifət edir. Buna görə də, həyat yoldaşı Bred Pittə Kluni və Amal ilə ünsiyyət qadağası qoyub.

"Ancelina son anda onların toyuna getmək fikrindən də daşındı. Bunu tamamilə güc oyununa çevirib və Amalı oyundan çıxarmaq istəyir. Onun xeyriyyə işləri də özünə olan inamsızlıqdan qaynaqlanır. Özünün sahib ola bilmədiyi şeylərə Amalın sahib olması, onun savadlı, aristokrat, güclü olması Colini dəliyə çevirir", deyə aktrisaya yaxın mənbələr bildirib.

Aktrisanın yeni gəlindən nifrəti bununla bitmir. Belə ki, Colinin fikrincə, vəkil olan Amal xeyriyyəçilik işləri ilə məşğul olmağı sevməyən, olanlara imkan verməyən insanları müdafiə edir.

İki qadının eyni zamanda eyni məkanlarda olmalarına baxmayaraq heç danışmamaları onların arasındakı soyuq müharibənin ən böyük sübutudur.

Xatırladaq ki, Corc Kluni 37 yaşlı Amal ilə oktyabr ayında Venesiyada ailə qurub. Təntənələi toy mərasimi media üçün qapalı olub.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler