» » “Tramp Putindən çəkinir, əllərində nəsə var” -

“Tramp Putindən çəkinir, əllərində nəsə var” - CIA-nin eks direktoru

Bölmə: Dünya
“Tramp Putindən çəkinir, əllərində nəsə var” -

ABŞ rəhbəri Donald Trampın Rusiyada prezident seçkilərində qalib gələn Vladimir Putini təbrik etməsi ciddi müzakirə mövzusuna çevrilib. Əsas məsələ zəngin pərdəarxası məqamları ilə bağlıdır.

Xalqinfo.az “Modern.az”a istinadən xəbər verir ki, Tramp müşavirlərinin məsləhətinə qulaq asmayaraq Putinə təbrik zəngi edib.

Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) keçmiş direktoru Con Brennan da mətbuatda gedən yazılara münasibət bildirib.

“The Hill” nəşrinə görə, CIA-nin eks direktoru Rusiyanın əlində Trampla bağlı hansısa materialın olduğunu bildirib.

O, konkret hansı məlumatlardan söhbət getdiyini deməyib, ancaq qeyd edib ki, bunlar kompromatlardır.

Brennanın fikrincə, Trampın Putinlə kifayət qədər isti münasibətləri belə kompromatların mövcudluğundan xəbər verir.

“Ola bilsin ki, rusların əlində nələrsə var və Tramp da məhz buna görə narahatdır. Trampın özünə daha yaxşı məlumdur ki, rusların əlində nələr var”-deyə o bildirib.

Qeyd edək ki, ABŞ da “Rusiya işi” ilə əlaqədar təhqiqat aparılır. Təhqiqatda Trampın Rusiya ilə əlaqələrinin olub-olmaması araşdırılır.

Bu məqamları xüsusi prokuror Robert Müller və komandası araşdırır


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler