» » Bu ölkə Rusiya ilə iqtisadi əlaqələri kəsdi

Bu ölkə Rusiya ilə iqtisadi əlaqələri kəsdi

Bölmə: Dünya
Bu ölkə Rusiya ilə iqtisadi əlaqələri kəsdi

Ukrayna hökuməti Rusiya ilə iqtisadi əməkdaşlığa dair proqramın icrasını dayandırıb.

Xalqinfo.az-ın TASS agentliyinə istinadən verdiyi məlumata görə, Ukrayna Nazirlər Kabineti bu gün bu barədə qərar qəbul edib.

Ukrayna baş naziri Vladimir Qroysman deyib ki, Rusiya ilə iqtisadi əməkdaşlıq proqramının dayandırılması barədə qərar müzakirə edilmədən qəbul edilib.

Qeyd edək ki, Ukraynanın Rusiya ilə iqtisadi əməkdaşlıq barədə proqramı 2011-ci ildə qəbul edilib və 2020-ci ilə qədərki dövrü əhatə edib. Proqramda iki ölkənin müxtəlif sahələrdə, o cümlədən ticarət, nəqliyyat, sosial-humanitar, sərhəd və digər sahələrdə əməkdaşlığı nəzərdə tutulub.

V. Qroysman bundan öncə proqramın icrasının dayandırılmasının zəruri olması barədə bəyanatında bildirib ki, bu, Ukrayna iqtisadiyyatı inkişaf istiqaməti ilə bağlıdır, Avropa İttifaqı və digər ölkələrə ixracın artırılması vacibdir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler