» » “Jamanak”: Nalbandyan vəzifəsində qalacaq, o, Lavrovun sevimlisidir

“Jamanak”: Nalbandyan vəzifəsində qalacaq, o, Lavrovun sevimlisidir

Bölmə: Dünya
“Jamanak”: Nalbandyan vəzifəsində qalacaq, o, Lavrovun sevimlisidirSirr deyil ki, Ermənistan hökuməti artıq uzun müddətdir ki, xarici işlər naziri Edvard Nalbandyanı tutduğu vəzifədən uzaqlaşdırmaq istəyir. Lakin o, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun sevimlisidir və Lavrov Nalbandyandan başqa heç kəsi bu vəzifədə görmək istəmir.

Oxu.Az-ın verdiyi xəbərə görə, bu barədə erməni qəzeti “Jamanak” yazıb.

Qəzetin yazdığına görə, Rusiya prezidenti Vladimir Putin onu (Nalbandyanı - red.) 2016-ci ilin avqustunda medalla təltif edib. Bununla da o, sentyabrda formalaşdırılmalı olan yeni Ermənistan hökumətində işdən çıxarılmadan xilas ola bilib:

“Ermənistan hökuməti Lavrova qarşı çıxmaqdan çəkinərək Nalbandyanı xarici işlər naziri vəzifəsində saxlayıb. Lakin nazirliyin idarə edilməsi baş katib adını daşıyan başqa adama veriləcək”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler