» » Azərbaycanlılar Putini dəstəkləyirlər –

Azərbaycanlılar Putini dəstəkləyirlər – Foto

Bölmə: Dünya
Azərbaycanlılar Putini dəstəkləyirlər – Rusiyadakı Azərbaycan diasporunun nümayəndələri prezidentliyə namizəd Vladimir Putinə dəstək aksiyasında iştirak ediblər.

Xalqinfo.az APA-ya istinadən xəbər verir ki, paytaxtın “Lujniki” stadionunda keçirilən prezidentliyə namizəd Vladimir Putinin dəstək aksiyasına Rusiyadakı Azərbaycan diasporunun nümayəndələri, Rusiya Azərbaycanlı Gənclər Birliyinin (AMOR) fəalları iştirak ediblər.

Diaspor nümayəndələrimiz və AMOR-un gənc fəalları əllərində Azərbaycan bayraqları və “Rusiya azərbaycanlıları Vladimir Putini dəstəkləyir” şüarı yazılan plakatlar qaldıraraq Rusiya azərbaycanlılarının prezidentliyə namizəd Vladimir Putinə dəstəklərini ifadə ediblər.

Qeyd edək ki, bu gün “Lujniki” stadionunda Rusiya prezidentliyinə namizəd Vladimir Putinə dəstək aksiyası keçirilib. Aksiyada 80 min nəfərdən çox insan iştirak edib.

Azərbaycanlılar Putini dəstəkləyirlər –
Azərbaycanlılar Putini dəstəkləyirlər –
Azərbaycanlılar Putini dəstəkləyirlər –
Azərbaycanlılar Putini dəstəkləyirlər –

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler