» » Məhəmməd peyğəmbərin anadan olduğu bina söküləcək -

Məhəmməd peyğəmbərin anadan olduğu bina söküləcək - İDDİA

Bölmə: Dünya
Məhəmməd peyğəmbərin anadan olduğu bina söküləcək -Məkkədə Məhəmməd peyğəmbərin anadan olduğu binanı dağıtmağı, onun yerində saray, lüks alış-veriş mərkəzləri tikmək nəzərdə tutulub.

Xalqinfo.az Azadlıq Radiosuna istinadən xəbər verir ki, bu haqda İndependent qəzeti yazıb.

Vaşiqntondakı Körfəz İnstitutunun məlumatına görə, bu planla Məkkənin 1000 ildən çox yaşı olan binalarının 95 faizi dağılacaq.

Qəzet qeyd edib ki, Məkkədə yüzlərlə tarixi abidə artıq sökülüb. Bu layihə isə bir neçə ildir ki, həyata keçirilir.

Londondakı İslam Mirası Araşdırmaları Fondundan İrfan Alavi qəzetə deyib ki, keçən həftə 500 yaşı olan Osmanlı sütunlarının qalıqları dağıdılıb: “Məhəmməd peyğəmbərin anadan olduğu bina çox güman ki, ilin sonuna kimi söküləcək, çünki Kral Abdulla üçün yeni saray tikilməlidir”.

Yəqin ki, İndependent qəzeti Məhəmməd peyğəmbərin anadan olduğu evin sökülə biləcəyinə inanmayıb, ancaq qəzetin müxbiri planı özü görüb və o plana Məhəmməd peyğəmbərin anadan olduğu ev də salınıb.

Qəzet yazıb ki, şəhərin bu tikinti planını müstəqil ekspertlər qiymətləndiriblər və narazılıqlar çoxdur, ancaq qorxusundan heç kim plan əleyhinə bərkdən danışa bilmir.
Məhəmməd peyğəmbərin anadan olduğu evin sökülməsinə hökumətin necə gedə bilməsini araşdıran qəzet belə bir izah verib: Səudiyyə Ərəbistanında Vahhabilik təriqəti hakimdir. Bu təriqət hər hansı bir yerə və ya obyektə “müqəddəs” deyib, sitayiş etməyi qadağan edir.

İndependent qəzeti Səudiyyə Ərəbistanı hökumətinin fikrini öyrənməyə çalışıb, ancaq heç kim şərh vermək istəməyib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler