» » Gürcüstan biznesmenlər üçün cənnət olacaq

Gürcüstan biznesmenlər üçün cənnət olacaq

Bölmə: Dünya
Gürcüstan biznesmenlər üçün cənnət olacaq
Gürcüstan Maliyyə Nazirliyi kiçik sahibkarlar üçün güzəştlərin nəzərdə tutduğu yeni vergi təşəbbüsü ilə çıxış edib.

Xalqinfo.az-ın xəbərinə görə, bu barədə “Qruziya Online nəşri” məlumat yayıb.

Vergi reforması layihəsinə əsasən, kiçik sahibkar qismində iqtisadi fəaliyyətinin gəlirləri ilə 500 min larini (200 min dollar) keçməyən şəxslər çıxış edə bilər.

Hazırkı qaydalara görə, kiçik sahibkar statusunu gəlirləri 100 min lariyə (40 min dollar) qədər olan şəxslər ala bilər.

Kiçik sahibkarlar üçün vergi dərəcəsi beş dəfə - 5 %-dən 1%-ə qədər endirilir.

Ölkənin maliyyə naziri Mamuka Baxtadze bildirib ki, yeni layihəyə əsasən, əvvəlcədən vergi ödəmə təcrübəsi ləğv olunur və kiçik sahibkarlar vergini yalnız hər ayın sonunda ödəyəcəklər.

Kiçik sahibkarlar həmçinin “əlavə müsahibatlıqdan” azad ediləcəklər, onlar yalnız kassa aparatı və qaimə-fakturalardan istifadə edəcəklər.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler