» » Saakaşvili Gürcüstana ekstradisiya oluna bilər

Saakaşvili Gürcüstana ekstradisiya oluna bilər

Bölmə: Dünya
Saakaşvili Gürcüstana ekstradisiya oluna bilər



Gürcüstan ötən gün Ukraynadan deportasiya olunmuş keçmiş Gürcüstan prezidenti Mixail Saakaşvilinin vətənə ekstradisiyası ilə bağlı Polşaya sorğu göndərməyə hazırlaşır.

Xalqinfo.az “Qruziya onlayn”a istinadən xəbər verir ki, bu barədə Gürcüstan deputatı Aleksandr Kantariya mətbuata açıqlama verib.

“Saakaşvili Polşada məskunlaşsa və orada yaşayış yerini dəyişsə, oraya da sorğu göndərəcəyik”, – deyə Kantariya bildirib.

Deputat Gürcüstan məhkəməsinin Saakaşvili barəsində hökm çıxardığını xatırladıb.

“O, şübhəli şəxs deyil, məhkəmə artıq baş tutub, hökm çıxarılıb və təbii ki, indi onu burada gözləyirlər”, – deyə deputat vurğulayıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler