» » Avropa İttifaqı qərarını dəyişdi –

Avropa İttifaqı qərarını dəyişdi – Sanksiya davam edəcək

Bölmə: Dünya
Avropa İttifaqı qərarını dəyişdi –“Rusiyaya qarşı sanksiyalar yumşaldılmayacaq”.

Xalqinfo.az aznews.az-a istinadən xəbər verir ki, bunu Avropa İttifaqının genişlənməsi və Avropa Qonşuluq Siyasəti məsələləri üzrə Avropa Komissiyasının üzvu İohannes Han deyib.

Onun sözlərinə görə, Ukraynanın şimalında münaqişə zonasında vəziyyət kəskinləşdiyinə görə Avropa İttifaqı qərarını dəyişib: “Hətta, Avropa İttifaqına üzv dövlətlərin bəziləri Moskvaya qarşı təzyiqlərin gücləndirilməsini tələb edir”.

Qeyd edək ki, Qərbin sanksiyası rublun dollara nisbətdə ucuzlaşmasına gətirib çıxarır. Bu da Rusiya iqtisadiyyatına ciddi təsir göstərir. "FİNAM" şirkətinin direktoru Nikolay Solabuta bildirib ki, bu gedişlə gələn ilin mart ayınadək 1 dollar 200 rubla bərabər olacaq.

Rusiya prezidenti Vladimir Putin dolların bahalaşmasını dayandırmaq üçün ölkənin valyuta ehtiyatlarını tükətmək niyyətində olmadıqlarını bəyan edib. Bu üzdən də Rusiya Mərkəzi Bankı gələn ildən etibarən rublun məzənnəsinin sərbəst buraxılması üçün fəaliyyətini davam etdirir. Yəni 2015-ci ildən rubl dollara nisbətdə dəyərini bazarda özü tənzimləyəcək.

Rublun sürətlə ucuzlaşmasının səbəbi Rusiya iqtisadiyyatının əsasını təşkil edən neft və təbii qaz qiymətlərinin dünya bazarında aşağı düşməsidir. Neftin barelinin 1 dollar ucuzlaşması Rusiya iqtisadiyyatına gün ərzində 1 mlrd. dollardan çox zərər vurur.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler