» » Quranı tapdalayan qadın tutuldu

Quranı tapdalayan qadın tutuldu

Bölmə: Dünya
Quranı tapdalayan qadın tutulduTürkiyədə Qurana ayaq basan Twitter istifadəçisinə qarşı istintaq başladılıb.

Xalqinfo.az anspress-ə istinadən bildirir ki, bir müddət öncə "kedibiti" adlı bir Twitter istifadəçisi Qurana ayaq basıb fotosunu sosial şəbəkədə paylaşmışdı.

Ankara böyükşəhər bələdiyyə sədri Melih Gökçək onun ünvanına daxil olan saysız-hesabsız şikayətlərə biganə qalmayıb. Sədr, vəkili Esennur Ezgi vasitəsilə İslamı təhqir edən bu şəxs haqqında prokurorluğa şikayət edib.

"Kedibiti" adlı Twitter istifadəçisinin İstanbulda yaşayan 38 yaşlı Gülbeyaz Atik olduğu təsbit edilib. Saxlanılan qadının kompüterinə və telefonuna əl qoyulub.

Polisə ifadəsində dinə inancı olmadığını deyən qadına qarşı iddia qaldırılıb. Gülbeyaz Atik böhtan, xalqı kin və düşmənçiliyə açıq-aşkar təhrik etmə və ictimai barışı pozmaqla xalqı təhqir etmə səbəbiylə günahlandırılır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler