» » Gürcüstanda banka silahlı basqın olub

Gürcüstanda banka silahlı basqın olub

Bölmə: Dünya
Gürcüstanda banka silahlı basqın olubGürcüstanın Kutaisi şəhərində “Bank of Georgia” bankının filiallarından birinə silahlı hücum olub.

Xalqinfo.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, hücum edən şəxs bank filialının əməkdaşlarına atəş açıb.

Bank işçilərindən bir nəfərin yaralandığı bildirilir.

Silahlı oğru bankdan müəyyən məbləğdə pul götürərək hadisə yerindən qaça bilib.

Gürcüstanın Daxili İşlər Nazirliyi cinayətkarın saxlanılması istiqamətində istintaq tədbirləri həyata keçirir.

Xatırladaq ki, 2017-ci ilin dekabr ayında “Bank of Georgia” bankının bir neçə filialında oğurluq olmuşdu.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler