» » Səudiyyə şahzadələrindən azadlıqları qarşılığında 100 milyard dollar alınacaq

Səudiyyə şahzadələrindən azadlıqları qarşılığında 100 milyard dollar alınacaq

Bölmə: Dünya
Səudiyyə şahzadələrindən azadlıqları qarşılığında 100 milyard dollar alınacaqSəudiyyə Ərəbistanı hökuməti korrupsiya ilə bağlı ittihamların geri götürülməsi üçün həbsdə olan şahzadələrdən 100 milyard dollar almaq niyyətindədir.

Oxu.Az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Ər-Riyadda beş ulduzlu “Rits-Carlton” hotelində saxlanılan şahzadələrlə danışıqların yanvarın sonuna kimi yekunlaşacağı gözlənilir. Artıq saxlanılanlardan 90 nəfərin hökumətin şərtlərini qəbul edərək, azadlığa çıxdığı bildirilir; daha beş nəfər təklifi götür-qoy edir. Korrupsiyada təqsirləndirilən digər 95 nəfər isə ödəniş etməkdən imtina edib və onların işi məhkəməyə verilə bilər.

“Reuters”in yanvarın 14-də verdiyi xəbərə görə, krallığın ən zəngin insanlarından olan şahzadə Əl Vəlid bin Təlal hökumətə “ianə” verməyi təklif edib. Ancaq təklif olunan məbləğ ölkənin Baş Prokurorluğunu qane etməyib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler