» » "Qarşımıza çıxanı əzib-keçərik" -

"Qarşımıza çıxanı əzib-keçərik" - Ərdoğan

Bölmə: Dünya
"Qarşımıza çıxanı əzib-keçərik" - Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bursa şəhərində çıxışı zamanı Afrində həyata keçirilən “Zeytun budağı” hərbi əməliyyatının çox qısa zaman ərzində tamamlanacağını deyib.

Oxu.Az-ın xəbərinə görə, Ərdoğan terrorçu PKK-nın siyasi qanadı olan HDP-nin “Türkiyənin 81 bölgəsində “Zeytun budağı” əməliyyatına qarşı etirazlara başlanılsın” çağırışına çox sərt reaksiya verib.

“Meydanlara çıxma yanlışına düşənlər olarsa, o zaman bunun cavabını çox ağır şəkildə alarlar. Qarşımıza kim çıxarsa-çıxsın, əzər, keçərik”, - deyə Ərdoğan sözlərinə əlavə edib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler