» » "2025-ci ilə kimi Aİ-yə yeni ölkələr qoşulacaq" -

"2025-ci ilə kimi Aİ-yə yeni ölkələr qoşulacaq" - Han

Bölmə: Dünya
"2025-ci ilə kimi Aİ-yə yeni ölkələr qoşulacaq" - 2025-ci ilədək Avropa İttifaqının (Aİ) növbəti genişlənməsi baş verə və yeni üzvlər qəbul edilə bilər.

Axar.az xəbər verir ki, bu fikri Avropa İttifaqının genişlənmə danışıqları və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Yohannes Han Avstriyanın APA agentliyinə müsahibəsində bildirib. Komissarın sözlərinə görə, hazırkı şəraitdə Serbiya və Monteneqro Aİ-yə üzv qəbul olunmaq üçün ən perspektivli namizəd ölkələrdir.

Y.Han fevralın 6-da Avropa Komissiyasının yeni genişlənmə strategiyasını təqdim edəcək. Bunun ardınca isə onun Serbiya və Monteneqroya səfəri gözlənilir. O, hazırda Avropa İttifaqı Şurasına sədrlik edən Bolqarıstanın sədrlik müddəti bitənədək hər iki ölkə ilə yeni danışıqlar mərhələsinə start veriləcəyi qənaətindədir.

Sloveniya və Xorvatiya arasında sərhəd mübahisəsinə işarə edən Y.Han qeyd edib ki, qonşu ölkələrlə sərhəd və ərazi problemləri olan dövlətlər bu problemləri öz aralarında həll etməyincə onlar Aİ-yə üzv qəbul edilməyəcək. Serbiya və Xorvatiya, Monteneqro və Kosovo, Serbiya və Kosovo, Albaniya və Yunanıstan arasında kifayət qədər açıq sualların olması regiondakı vəziyyətə həssas yanaşma tələb edir.

Komissarın sözlərinə görə, 2025-ci ildə Aİ-yə üzv qəbul olunmaq istəyən dövlətlər qarşıya qoyulan tələblər kataloqunu və bununla bağlı danışıqları 2023-cü ilə kimi yekunlaşdırmalıdırlar. Bundan sonra isə bir il müddətində üzvlük müqaviləsinin ratifikasiyası prosesi həyata keçirilməlidir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler