» » NASA-dan qorxunc proqnoz:

NASA-dan qorxunc proqnoz: Türkiyə su üçün döyüşəcək

Bölmə: Dünya
NASA-dan qorxunc proqnoz: Qlobal istiləşmə Türkiyəyə qar əvəzinə daha çox yağışın yağmasına səbəb olacaq. Daha çox sel müşahidə olunacaq, su müharibəsi başlayacaq.

Axar.az xəbər verir ki, bu barədə NASA-nın yağıntılar üzrə eksperti Tomas Painter danışıb.

“İqlim dəyişikliyinə görə quraqlıq mövsümlər daha isti keçəcək. Nəticədə quraqlıq daha şiddətli formada özünü büruzə verəcək. Sistem belə işləyəcək: daha çox isti, daha çox buxarlanma var, ancaq buxarlanan maye yağış olaraq geri dönmür. Türkiyədə hazırda mövcud olan yağıntı vəziyyəti eyni ilə Qərbi Amerikadakı vəziyyətə bənzəyir”, - ekspert bildirib.

Onun sözlərinə görə, əslində əsas su mənbəyi qardır. Qar yığılaraq su anbarı vəzifəsini həyata keçirir. Qlobal istiləşmənin ən böyük fəsadı isə buxarlanmanın qar deyil, daha çox yağış olaraq geri dönməsidir. Çünki yağış suları dərhal yox olur, qar isə yüksəkliklərdə toplanaraq əhəmiyyətli bir su mənbəyinə çevrilir. Yağış sularını anbarlarda toplamaq da olar, lakin yağıntıların miqdarı bu dəfə də sel təhlükəsini artırır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler