» » Ermənilər Culfanın dəmir yoluna göz dikdilər

Ermənilər Culfanın dəmir yoluna göz dikdilər

Bölmə: Dünya
Ermənilər Culfanın dəmir yoluna göz dikdilərİran və Ermənistan ötən axşam dəmir yolunun tikintisinə dair saziş imzalayıblar. Bunu İranın yol və şəhərsalma naziri Abbas Axundi deyib.Xalqinfo.az bildirir ki, bu barədə trend İranın Fars agentliyinə istinadən məlumat verir.

A.Axundi bildirib ki, ermənilər öz dəmir yollarını İranın Culfa şəhərinin dəmir yoluna birləşdirmək istəyirlər. “Ermənistan əmin olmaq istəyir ki, öz dəmir yolunu İran dəmir yoluna birləşdirəcək. Biz bu barədə onlarla əməkdaşlıq etməyə hazır olduğumuzu elan etdik və ötən axşam saziş də imzaladıq”.

Onun sözlərinə görə, İran və Ermənistan arasında tikiləcək dəmir yolunun uzunluğu 382 kilometr olacaq: “Dəmir yolunun 80 kilometri İran ərazisində, 302 kilometri isə Ermənistan ərazisində inşa ediləcək. Hazırda İran bu istiqamətdə araşdırmalara başlayıb".

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler