» » Şərtlər dəyişməsə, bu birlikdən çıxacağıq – ABŞ

Şərtlər dəyişməsə, bu birlikdən çıxacağıq – ABŞ

Bölmə: Dünya
Şərtlər dəyişməsə, bu birlikdən çıxacağıq – ABŞ



ABŞ Şimali Amerika Azad Ticarət Zonasında (NAFTA) çıxa bilər.

Axar.az xəbər verir ki, bunu Ağ Evdə jurnalistlərə açıqlamasında ABŞ Maliyyə naziri Stiven Mnuçin söyləyib. Onun sözlərinə görə, ABŞ bu addımı müqavilənin şərtlərinin dəyişməyəcəyi təqdirdə atacaq.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp bundan öncə dəfələrlə NAFTA-nı tənqid edib. O bu müqavilənin ABŞ-ın ticarət imkanlarına mənfi təsir göstərdiyini bildirib.

NAFTA 1994-cü ildən fəaliyyət göstərir. Hazırda NAFTA-nın ümumdaxili məhsulu 22,7 trilyon dollardır. NAFTA-ya üzv ölkələrin ÜDM-i dünyanın ÜDM-inin 20%-dən çox hissəsini təşkil edir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler