» » ABŞ İrana qarşı bu layihəni aktivləşdirdi

ABŞ İrana qarşı bu layihəni aktivləşdirdi

Bölmə: Dünya
ABŞ İrana qarşı bu layihəni aktivləşdirdiABŞ Baş Prokurorluğu Hizbullah hərəkatının narkotik qaçaqmalçılığının araşdırılması ilə bağlı “Kassandra layihəsi”nin reallaşdırılmasına başlayıb.

Axar.az xəbər verir ki, bu barədə əmri ABŞ Baş prokuroru Cef Seşns verib. Onun sözlərinə görə, ABŞ bu addımı öz təhlükəsizliyinin təminatı üçün atıb.

Qeyd edək ki, bundan öncə “Politiko” qəzeti Barak Obama hökumətinin Hizbullahın narkoticarətinə göz yumduğu haqqında informasiya yaymışdı. Qəzetin iddiasına görə, ABŞ Hizbullahın narkoticarətinə İranın nüvə razılaşmasını imzalamaqdan imtina etməməsi üçün izn vermişdi.

“Kassandra layihəsi” 2008-ci ildə başladılıb. Bu layihə çərçivəsində sübut edilmişdi ki, Hizbullah narkotik, silah ticarəti və çirkli pulların yuyulması ilə məşğul olub. Hərəkat bundan ildə 1 milyard dollar gəlir əldə edib

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler