» » Kadırov "Teleqram"ın ümidinə qaldı:

Kadırov "Teleqram"ın ümidinə qaldı: hesabları bloklandı

Bölmə: Dünya
Kadırov "Teleqram"ın ümidinə qaldı: Çeçenistan lideri Ramzan Kadırovun İnstaqram və Feysbuk hesabı bloklanıb.

Axar.az xəbər verir ki, bu barədə məlumatı Kadırov Teleqram hesabında yazıb. O, ABŞ-ın Maliyyə Nazirliyinin sanksiya qərarı ilə bağlı paylaşdığı statusdan sonra İnstaqram və Feysbuk profilinin bağlandığını bildirib:

“Sosial media hesablarım rəsmi olduğu üçün onlar təhlükəsizliyimi təmin etməli idi. İnstaqramdan hesabımın geri qaytarılması üçün yardım istədik, amma cavab ala bilmədik. Mənim əsəbləşməyimi gözlədilər. Bu günə qədər ABŞ-dan asılı olmadığını deyən İnstaqramın o statusdan sonra hesabımı bağlaması qəribədir”.

Çeçenistan rəsmiləri də Kandırovu dayandırmaq üçün ABŞ-ın atdığı bu addımın cavabsız qalmayacağını bildiriblər.

Qeyd edək ki, bir müddət öncə ABŞ Çeçenistan lideri Ramzan Kadırov da daxil olmaqla, 5 rus vətəndaşının Maqnitski aktına daxil olduğunu açıqlamışdı.

Maqnitski aktı ABŞ-da 2012-ci ilin dekabrından tətbiq edilir. Bu akt insan haqlarını pozan rusiyalılara qarşı sanksiyaların tətbiq edilməsini özündə ehtiva edir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler