» » BMT Baş Məclisi Qüds üçün toplandı

BMT Baş Məclisi Qüds üçün toplandı

Bölmə: Dünya
BMT Baş Məclisi Qüds üçün toplandıBirləşmiş Millətlər Təşkilatı (BMT) Baş Məclisi ABŞ-ın Qüdsü İsrailin rəsmi paytaxtı kimi tanıması ilə bağlı növbədənkənar xüsusi iclas keçirir.

Xalqinfo.az xəbər verir ki, iclasda BMT Təhlükəsizlik Şurasının bir neçə gün öncə ABŞ-ın qərarını qanunsuz hesab etdiyi qətnamə səsverməyə çıxarılacaq.

Həmin səsvermədə 14 ölkə lehinə səs vermiş, sadəcə ABŞ veto qoymuşdu. Bu gün baş tutacaq səsvermədə üçdə iki səs çoxluğu olarsa qətnamə qəbul ediləcək.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp səsvermədə iştirak edəcək ölkələri təhdid etmiş, lehinə səs verəcəkləri təqdirdə maliyyə yardımını dayandıracağını açıqlamışdı.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler