» » 42 yaşlı azərbaycanlı İtaliyada polisi döydü

42 yaşlı azərbaycanlı İtaliyada polisi döydü

Bölmə: Dünya
42 yaşlı azərbaycanlı İtaliyada polisi döydüİtaliyada azərbaycanlı və onun iki dostu polis əməkdaşlarına hücum ediblər.

Xalqinfo.az Virtualaz.org-a istinadən xəbər verir ki, üç sərxoş kişi karabinerlərə müqavimət göstəriblər və onlara xəsarətlər yetiriblər. Hadisənin iştirakçılarından biri Ferrara şəhərində yaşayan, adı polisin məlumatında S.E. kimi göztərilmiş 42 yaşlı azərbaycanlıdır. Hücum edənlərdən digər iki nəfər isə 35 və 37 yaşlı moldovalılardır.

Polis əməkdaşları ilə əcnəbilər arasında münaqişə əraziyə nəzarət vaxtı baş verib. Asayiş pozucularının saxlanılmasından sonra məlum olub ki, azərbaycanlı şəxs hələ 2012-ci ildə immiqrasiya ilə bağlı hüquq pozuntusuna yol verib – saxta sənədlər təqdim edib.

Bununla əlaqədar olaraq, Ferrara şəhərinin məhkəməsi S.E.-ni 8 ay müddətinə azadlıqdan məhrum edib. Münaqişənin digər iki iştirakçısı üv dustaqlığına məhkum olunublar.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler