» » Rus polisi hamilə miqranta təcavüz etdi

Rus polisi hamilə miqranta təcavüz etdi

Bölmə: Dünya
Rus polisi hamilə miqranta təcavüz etdiRusiyanın Podçoskovye ərazisində baş polis serjantı qadınlar üzərində silsilə alçaldıcı hərəkətlərdə şübhəli bilinir.Xalqinfo.az anspress-ə istinadən xəbər verir ki, çərşənbə axşamı səhər saat 8.00-də Moskva metrosunun "Akademik Yanqel küçəsi" stansiyasında insident yaşanıb, lakin bu barədə çərşənbə günü məlumat daxil olub.

"Komsomolskaya pravda"nın əldə etdiyi məlumatda, Moskva metropolitenində xidmət göstərən 31 yaşlı baş serjant Valeri Qovorov sənədləri yoxlamaq məqsədilə platformada Qırğızıstandan olan qadını saxlayıb. 33 yaşlı qadının sənədləri qaydasında olmadığından, Qovorov hüquq pozuntusunu sənədləşdirmək üçün onu stansiyadakı polis kabinetinə dəvət edib.

Hamiləliyin 4-cü ayında olan qırğız qadın üzərindəki 800 rublu polisə verib. Məbləğ baş serjantı qane etmədiyindən bu sövdələşmə ilə razılaşmayıb. Bu xoşagəlməz hadisədən sonra hamilə miqrant yaxınlıqdakı polis bölməsinə şikayət ərizəsilə müraciət edib.

Moskva DİN mətbuat xidməti baş serjantın zorakılıq tətbiq etmədən seksual hərəkət etdiyini bildirib. Aparılmış yoxlamalardan sonra baş serjant polis orqanlarından qovulub. Bunun ardınca isə onun birbaşa rəhbərliyi xidmətə tam nəzarət etməməkdə günahlandırılıb və ciddi töhmət verilib.

Qovorova qarşı "vəzifə səlahiyyətlərindən sui-istifadə edərək seksual xarakterli hərəkətlərə məcbur etmə" maddəsilə cinayət işi açılıb.

Vəzifəsindən azad edilmiş polisin silsilə təcavüzçü olduğu istisna edilmir. Keçmiş metropoliten polisinin kabinetində bioloji izlər aşkarlanıb. Məhz bunlar 4 noyabrda hamilə miqrant qadının təcavüzçü - polisin yeganə qurbanı olmadığını sübut edə bilər.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler