» » Saakaşvili tərəfdarları zorla girdiyi sarayı tərk edir

Saakaşvili tərəfdarları zorla girdiyi sarayı tərk edir

Bölmə: Dünya
Saakaşvili tərəfdarları zorla girdiyi sarayı tərk edir Bu gün Mixeil Saakaşvili Poroşenko hökumətindən narazıları Kiyevdəki məşhur Maydana çağırıb.

Xalqinfo.az xarici mediaya istinadən xəbər verir ki, "İmpiçment marşı" adlandırılan və hədəfi Ukrayna hökumətinin istefası olan yürüş-mitinq Mixael Saakaşvilinin facebook səhifəsindən və “youtube” vasitəsi ilə canlı yayımlanıb.

Daha sonra Saakaşvili tərəfdarları parlamentin binasının qarşısına toplanaraq binaya daxil olmağa çalışıblar. Hökuməti istefaya səsləyən vətəndaşlarlarla polislər arasında da insident yaşanır. Ardınca nümayişçilər binanın qapısını qıraraq içəri giriblər. Beklə ki, Saakaşvilinin tərəfdarları Milli Qvardiyanın hərbçilərinin müqavimət göstərərək, Oktyabr sarayının giriş qapısını sındıraraq saraya daxil olublar. Milli Qvardiya əməkdaşları aksiyaçılara yanğınsöndürmə vasitələri ilə müdaxilə etmək istəsələr də, bu, nəticəsiz qalıb.

Daha sonra onlar ələ keçirdiyi sarayın daxilində konsert keçirib. Saakaşvili isə insanların heç bir zərər görməməsi üçün tərəfdarlarını Oktyabr sarayını tərk edərək onunla birlikdə meydana qayıtmağa səsləyib.

Hazırda aksiya iştirakçıları binanı tərk edərək "Azadlıq Meydanı"na doğru axın edir.

Hazırda da "İmpiçment marşı" adlandırılan yürüş davam edir.

Son məlumata görə hüquq-mühafizə orqanları ilə toqquşma nəticəsində bir neçə nəfər xəsarət alıb.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler