» » “Suriya beynəlxalq birlik üçün qara ləkədir” -

“Suriya beynəlxalq birlik üçün qara ləkədir” - İsveçrə mətbuatı

Bölmə: Dünya
“Suriya beynəlxalq birlik üçün qara ləkədir” -
“Avropa isə öz-özünü tamaşaçı tribunasına döndərib”

“Suriyada vətəndaş müharibəsi səngiyib. Rusiyanın dəstəyi ilə koalisiya qalib gələrək Bəşər Əsədi hakimiyyətdə saxladı. Qərb isə öz qərarsızlığı və sinizmi sayəsində Suriyada dinc nümayişlərlə başlayan münaqişənin müharibəyə çevrilməsinə şərait yaratmışdı”. Bunu İsveçrənin “Neue Zürcher Zeitung” qəzetində müəlliflər Elias Perabo və Ferdinand Dür yazırlar.

Məqalə müəllifləri qeyd edir ki, BMT-nin keçmiş Yuqoslaviya və Ruanda üzrə Beynəlxalq tribunallarında prokuror olmuş, həmçinin BMT-nin Suriyada İnsan hüquqlarının kütləvi surətdə pozulmasını araşdıran komissiyasının keçmiş üzvü Karla del Ponte “karyeram boyunca bu qədər vəhşiliyin törədildiyi yer görməmişəm” - deyə, söyləyib. Eks-prokuror son 7 ildə zülm və vəhşətin əvvəlki kimi davam etdiyini bildirərək, bunun beynəlxalq birlik üçün əsl rüsvayçılıq olduğunu qeyd edib.

“Bütün bunlar isə Avropanın lap yaxınlığında baş verir. On illər boyunca dinc insanları müharibənin ən dəhşətli silahlarından qoruyan onlarla saziş qəbul edilib. Suriyada isə onların hamısı tapdalanıb və faydasız maklaturaya çevirib. Cəzasız qalan cinayətlər beynəlxalq hüququ absurd anlayışa çevriməklə bərabər BMT-nin institutlarına ağır zərbə vurur”- məqalədə yazılıb.

Yazıda BMT Təhlükəsizlik Şurasının 4 daimi üzvünün Suriyada gerçəkləşdirdiyi və minlərlə insanın ölümünə bais olan aviazərbələrlə hüququn “yuyulub getməsində” böyük rol oynadığı vurğulanır.

Jurnalistlərin fikrincə Avropanın, daha doğrusu, Avropa Birliyinin Suriyaya marağı yalnız İŞİD tərəfindən Parisdə törədilən terror aktlarından və qaçqınların kütləvi axınından sonra peyda olub: “Lakin problemin effektiv həlli əvəzinə onları yalnız bir məsələ düşündürüb-qaçqınlardan necə can qurtarmalı”, yazıda göstərilir.

“Fransa prezidenti Emmanuel Makron bu məsələdə Avropanın mənəvi çatışmazlığını göstərən belə bir cümlə sərf edib: “Əsəd fransızların deyil, Suriya xalqının düşmənidir.

“Suriya beynəlxalq birlik üçün qara ləkədir” -

Yazı müəllifləri bu sözlərdə əxlaqsız məntiqin gözə çarpdığını bildirirlər: “Yəni İŞİD “ağ avropalıları” öldürdüyü müddətcə Əsəd də istədiyi qədər suriyalını qətlə yetirə bilər. Lakin unudulur ki, Suriyadakı münaqişə ilkdə İŞİD və ya Əl Qaidə tərəfindən deyil, ölkədəki sərt diktaturaya qarşı dinc nümayişlərdən sonra başlayıb. Əsəd bu gün də Dəməşq ətrafında 350 min insanı aclığa məhkum edib. Onun qüvvələri Dera, Hums və Hələbdə kimyəvi silahdan istifadə edərək, həmin yerlərin altını üstünə çevirib”.

Yazıda bütün bunların Rusiya və İranın böyük miqyaslı yardımları sayəsində mümkün olduğu göstərilib: “Rusiya BMT Təhlükəsizlik Şurasında 11 dəfə veto haqqından istifadə edərək Suriya məsələsini tamamilə bloklayıb. Kreml orada həm Əsəd ordusu, həm də öz hərbi-hava qüvvələrinin insanlıq əleyhinə törətdiyi cinayətləri açıq-aşkar ört-basdır etməkdən heç utanmır”.

Jurnalistlər Suriyadakı vəziyyətin bu hala gəlməsində Avropanın da az rol oynamadığını qeyd edirlər:

Məqalə müəlliflərinin fikrincə Qərb vətəndaşları dəstəkləmək və dinc əhalinin müdafiəsinə qalxmaq yerinə qaranlıq qruplaşmalara silah və pul paylayaraq münaqişənin daha da alovlamasına şərait yaradıb. Bununla Əsədə qarşı etirazların dini radikallaşmasına yol açıb.

“Suriya beynəlxalq birlik üçün qara ləkədir” -

“Lakin deyəsən Qərbdə bundan narahat olan yoxdur”, Elias Perabo və Ferdinand Dür yazaraq davam edirlər: “Avropa özünü mənəviyyat instansiyası kimi göstərə bilər, lakin o baş verənlərdən sadəcə “təəssüfünü bildirdikcə” başqa oyunçular öz işlərini görməkdədirlər. Bundan başqa, Avropanın real siyasəti boğazdan yuxarı ritorika ilə insan haqları uğrunda əsl mübarizə arasında uçurumu aşkar surətdə nümayiş etdirir. Artıq Avropanı indi embarqoların zəiflədildiyi İranda daha çox sərməyə yatırmaq, Səudiyyə Ərəbistanına silah satmaq, Rusiyadan ucuz qaz almaq maraqlandırır”.

Məqalənin yekununda yazılıb ki, Cenevrə sülh prosesi artıq ölüb. Avropa isə öz-özünü tamaşaçı tribunasına döndərib./Yeni musavat

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler